SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyada son sutka ərzində daha 9299 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 4 456 869 nəfərə çatıb.

Son sutka ərzində 371 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 95 030 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Brazilyadan sonra dördüncü sıradadır.

BAKU.WS