SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyada koronavirus infeksiyasına qarşı ilk peyvənd hazırdır.

BAKU.WS Baku.Tv-yə istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə nazirinin birinci müavini Ruslan Tsalikov məlumat verib.

“Mütəxəssislərimiz və Milli Tədqiqat Mərkəzinin alimləri tərəfindən test nəticələrinin son qiymətləndirmələri aparıldı. Bütün könüllülər, istisnasız olaraq, koronavirusdan immunitet qazanaraq özlərini yaxşı hiss ediblər. Beləliklə, yeni koronavirus infeksiyasına qarşı ilk yerli peyvənd hazırdır”, - deyə R. Tsalikov vurğulayıb.

Ümumilikdə Şimal qonşumuzda sutka ərzində 5 842 yeni yoluxma halı və 153 ölüm faktı müəyyən edilib. Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Braziliya və Hindistandan sonra dördüncü yerdə gəlir.

Türkiyədə koronavirusdan daha 17 nəfər ölüb. Son 24 saat ərzində 931 nəfərdə bu infeksiya aşkarlanıb. Ölkədə pandemiyaya yoluxanların sayı 220 min nəfər təşkil edir. Ölənlərin sayı isə 5 min 508 nəfərdir.

Ermənistanda koronavirusa yoluxanların sayı 35 mini ötüb. Gün ərzində 273 nəfərdə yoluxma halı təsdiqlənib. Ölənlərin sayı isə 12 nəfər olub. Ölkə üzrə ölüm hallarının sayı beləcə 662 nəfərə çatıb.

Dünəndən etibarən açıq havada toy və yas mərasimlərinin keçirilməsinə icazə verən Gürcüstanda 10 yeni yoluxma faktı aşkarlanıb. Vəfat edənlərin ümumi sayı 16 nəfər təşkil edir. Hazırda 5 534 nəfər karantində saxlanılır, 267 nəfər isə stasionar şəraitdə müalicə olunur.

Cənub qonşumuz İranda isə bu günədək 276 mindən çox yoluxma faktı müəyyən edilib. Virus səbəbindən ölənlərin sayı isə 14 min 405 nəfərdir.

BAKU.WS
VİDEO