SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ-ın əczaçılıq şirkəti "Moderna" tərəfindən istehsal olunan COVİD-19 peyvəndi ilə bağlı yeni bir açıqlama verilib.

BAKU.WS xəbər verir ki, son peyvənd sınaqlarında nəticələrin səmərəliliyi 94,1% olub. Xəstəliyin daha ağır hallarında isə bu nisbət 100%-ə bərabər olub. 

Şirkətdən bildirilib ki, vaksinin koronavirusun qarşısını almaqda əhəmiyyətli rolu olacağına ümid edilir. 

"Moderna" şirkəti 30 mindən çox insan üzərində aparılan peyvənd testlərində yüksək nəticə əldə olunduğunu açıqlayıb. Xüsusilə xəstəliyi ağır keçirənlərdə nəticələr daha ürəkaçandır. 

BAKU.WS