SİZİN REKLAM BURADA!
055 213 76 73


Ermənistanda koronavirusa yoluxanların sayı durmadan artır.

BAKU.WS xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.

Yayılan məlumata görə, bir gündə 1221 erməni COVİD-19 virusuna yoluxub. Virusdan 29 nəfər dünyasını dəyişib.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 108687-ya yüksəlib. Ümumilikdə Ermənistanda 1609 nəfər virusdan ölüb.

Hazırda Ermənistanda 41790 aktiv koronavirus xəstəsi var.

BAKU.WS