SİZİN REKLAM BURADA!
055 213 76 73


Ermənistanda koronavirusa yoluxanların sayı durmadan artır.

BAKU.WS xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.

Yayılan məlumata görə, bir gündə 2210 erməni COVİD-19 virusuna yoluxub. Virusdan 30 nəfər dünyasını dəyişib.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 101773-ə yüksəlib. Ümumilikdə Ermənistanda 1 506 nəfər virusdan ölüb.

Hazırda Ermənistanda 38088 aktiv koronavirus xəstəsi var.

BAKU.WS