SİZİN REKLAM BURADA!
055 213 76 73


Ermənistanda koronavirusa yoluxanların sayı durmadan artır.

BAKU.WS “news.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.

Yayılan məlumata görə, bir gündə 1234 erməni COVİD-19 virusuna yoluxub. Virusdan 10 nəfər dünyasını dəyişib.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 66694-ə yüksəlib. Ümumilikdə Ermənistanda 1101 nəfər virusdan ölüb.

Hazırda Ermənistanda 16541 aktiv koronavirus xəstəsi var.

BAKU.WS