SİZİN REKLAM BURADA!
055 213 76 73


Ermənistanda koronavirusa yoluxanların sayı artıb.

BAKU.WS “armenianreport”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.

Yayılan məlumata görə, bir gündə 614 erməni COVİD-19 virusuna yoluxub. Virusdan 6 nəfər dünyasını dəyişib.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 55087-yə yüksəlib. Ümumilikdə Ermənistanda 1010 nəfər virusdan ölüb.

Hazırda Ermənistanda 8246 aktiv koronavirus xəstəsi var.

BAKU.WS