SİZİN REKLAM BURADA!
055 213 76 73


Ermənistanda koronavirusa yoluxanların sayı durmadan artır.

BAKU.WS “news.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.

Yayılan məlumata görə, bir gündə 2314 erməni COVİD-19 virusuna yoluxub. Virusdan 23 nəfər dünyasını dəyişib.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 77837-ə yüksəlib. Ümumilikdə Ermənistanda 1180 nəfər virusdan ölüb.

Hazırda Ermənistanda 25412 aktiv koronavirus xəstəsi var.

BAKU.WS