SİZİN REKLAM BURADA!
055 213 76 73


Belçikanın Xarici işlər naziri Sofi Vilmes koronavirusa yoluxub.

BAKU.WS report-a istinadən xəbər verir ki, nazir bunu tvitter səhifəsində yazıb.

Vilmes bildirib ki, COVİD-19-a görə verdiyi testin nəticəsi müsbət olub. O, ailəsinin çevrəsindəkilərdən yoluxduğunu ehtimal edib. Nazir özünü təcrid etdiyini də yazıb.

Qeyd edək ki, Sofi Vilmes oktyabrın 12-də Avropa İttifaqına üzv dövlətlərin XİN başçıları Şurasının toplantısında iştirak edib.

BAKU.WS