10 əməkdaşı koronavirusa yoluxan məktəbdən görüntülər - VİDEO

Quba rayonu Mübariz Abdullayev adına Qamqam kənd tam orta məktəbində müəllimlərin koronavirusa yoluxması səbəbindən əyani formada tədris sentyabrın 21-dən dayandırılıb.
BAKU.WS xəbər verir ki, hazırda dərslər distant formada davam etdirilir.
Qeyd edək ki, məktəbdə koronavirusa ilk yoluxma halı sentyabrın 18-də qeydə alınıb. İxtisas müəllimlərindən birinin səhhətindəki narahatlıq onun COVID-19 virusuna yoluxmasına əsaslı şübhələr yaradıb. Kollektivdən alınan analiz nümunələri nəticəsində məktəbin 7 müəllim və 1 texniki işçisinin koronavirusa yoluxması müəyyənləşib. Sonradan nümunə götürülən daha iki nəfərin də virus daşıyıcısı olduğu aşkarlanıb.
Təhsil müəssisəsində, ümumilikdə, 443 şagird təhsil alır. Onlardan 168-i ibtidai siniflərdə oxuyan uşaqlardır. Məktəbdə 36 müəllim və 14 texniki işçi var.
Oxşar xəbərlər
Koronavirusa yoluxan müəllim və şagirdlərin sayı açıqlandı
21 sentyabr 2020-ci il tarixinə olan məlumata görə, dərs ili başlayandan bu günədək 95 şagird və 26 işçi heyəti olmaqla 121 nəfərdə koronavirus aşkarlanıb. Həmi...
