VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda bölgələr üzrə koronavirusa yoluxmada son vəziyyət açıqlanıb.

BAKU.WS koronavirusinfo.az saytına istinadən xəbər verir ki, rəsmi rəqəmlərə əsasən ən çox yoluxma 55,9 faizlə Bakının payına düşür. 

Sonrakı yerlərdə 15,4 faizlə Abşeron, 10,5 faizlə Aran, 6,4 faizlə Gəncə-Qazax, 4,3 fazilə Lənkəran, 2,1 faizlə Quba-Xaçmaz, 1,8 faizi Şəki-Zaqatala, 1,6 faizlə Dağlıq Şirvan, 1 faizlə Yuxarı Qarabağ qərarlaşıb.

Ən az yoluxma 0,4 faizlə Naxçıvan Muxtar Respublikasındadır.

Bakı şəhərində ən çox yoluxma halları üzrə statistika da məlum olub. Paytaxt üzrə ən çox yoluxma faktı qeydə alınan ərazi 14,2 faizlə Binəqədi rayonudur. Ən az yoluxma isə 0,3 faizlə Pirallahı rayonunun payına düşür.

BAKU.WS