SİZİN REKLAM BURADA!
055 213 76 73


Gəncədə COVID-19 infeksiyasına yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə ardıcıl işlər həyata keçirilir.

BAKU.WS "Report"a istinadla xəbər verir ki, şəhərin müxtəlif ərazilərində koronavirus infeksiyasına qarşı müəyyənləşmiş tələblərə riayət edilməklə mütəmadi olaraq təmizlik və dezinfeksiya işləri aparılır. İşlər yaşayış binalarında, ümumi istifadə yerlərində, giriş qəfəslərində, liftlər və onların ətrafında, oyun meydançalarında həyata keçirilir.

Tibbi-profilaktiki tədbirlər park və xiyabanları, ictimai iaşə obyektlərini, ümumilikdə insanların sıxlıq təşkil etdiyi bütün əraziləri əhatə edir. Sözügedən ərazilər suya xüsusi dezinfeksiyaedici maddələr qatılmış məhlulla əl aparatı və su çiləyici avtomobillərlə dərmanlanır.

Bununla yanaşı, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun olaraq Gəncənin bütün orta məktəb və körpələr evi-uşaq bağçalarında da mütəmadi olaraq təmizlik və dezinfeksiya işləri həyata keçirilir.

Qrafikə uyğun olaraq həyata keçirilən tibbi-profilaktik tədbirlərlə yanaşı, Gəncədə mütəmadi olaraq təmizlik işləri də aparılır. İşlərə Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin canlı qüvvəsi ilə yanaşı, xüsusi texnikaları da cəlb edilirlər.

BAKU.WS
QALEREYA