Aşura günü ilə bağlı əhaliyə MÜRACİƏT

“Daxili İşlər Nazirliyi tərəfindən də bu açıqlama verilib. Açıqlama qarşıdan gələn Məhərrəmlik ayı ərəfəsində Aşura tədbirlərinin keçirilməsi və digər dini mərasimlərin keçirilməsilə əlaqədardır”.
BAKU.WS xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, belə tədbirlər ölkəmizdə həmişə keçirilib:
“Lakin indiki vəziyyəti nəzərə alaraq, qarşıdan gələn bu dini mərasimlərdə kütləviliyə yol verilməməsini xahiş edirik. Mömin insanlara çox hörmətlə yanaşırıq.
Amma indiki epidemioloji vəziyyəti, o cümlədən digər ölkələrdə dini mərasimlərin keçirilməsi qaydalarını nəzərə alaraq qarşıdan gələn dini mərasimlərdə kütləviliyə yol verilməməsini vətəndaşlarımızdan xahiş edirik”.
Oxşar xəbərlər
Restoranlar açılır, toylar isə oktyabradək olmayacaq
Azərbaycanda koronavirus pandemiyası səbəbindən Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən mart ayının ortasından bəri toy və nişan mərasimlərinin k...
