SİZİN REKLAM BURADA!
055 213 76 73


Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə Abşeron Rayon Polis İdarəsinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları ilə birgə rayon ərazisində fəaliyyətinə icazə verilən obyektlərdə, ictimai nəqliyyatda və əhalinin sıx olduğu yerlərdə nəzarət-profilaktiki reydlər keçirib.

DİN-in Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, polis və hərbi qulluqçular tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərar və göstərişlərinin icrası, karantin rejiminə əməl olunması üçün qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət və əhaliyə məişət xidmətləri göstərən obyektlərdə, küçə və prospektlərdə profilaktik söhbətlər aparılıb.

Tədbirlərdə sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən, yəni maskalardan istifadə etməyən şəxslərə mövcud sanitar-epidemioloji tələblər izah olunub.

Reyd zamanı rayon ərazisində sanitar-karantin qaydalarını pozan 28 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlar cərimə olunublar.

Abşeron rayonu ərazisində nəzarət-profilaktiki tədbirlər mütəmadi olaraq davam etdiriləcək.

BAKU.WS
QALEREYA