Azərbaycanlı aktyor koronavirusdan vəfat edib

Azərbaycan teatr ictimaiyyətinə itki üz verib.
Bu barədə YUĞ Teatrının “Facebook” hesabında məlumat yerləşdirilib.
Qeyd edilib ki, YUĞ Teatrının keçmiş direktoru Cəbrayıl İsrafilov 69 yaşında vəfat edib.
O, 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu dram-kino aktyoru ixtisası üzrə bitirib. Kurs yoldaşları ilə birgə elə həmin il dekabrın 6-da açılışı olan Lənkəran Dram Teatrının truppasının ilk üzvlərindən olub. Bu teatrın səhnəsində müxtəlif maraqlı obrazlar yaradıb.
1991-2007-ci illərdə “YUĞ” Teatrının direktoru vəzifəsində çalışıb. C.İsrafilov professor İsrafil İsrafilovun və YUĞ Dövlət Teatrının aktyoru, Əməkdar artist Fərhad İsrafilovun qardaşıdır.
İ.İsrafilov APA-ya verdiyi açıqlamada bildirib ki, qardaşı C.İsrafilov koronavirusdan vəfat edib.
Oxşar xəbərlər
Əməkdar artist vəfat edib
Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, əməkdar artist Tofiq Hüseynov vəfat edib. BAKU.WS xəbər verir ki, bu barədə Akademik Milli Dram teatrının mə...
