Əli Nur Fizuli Hüseynovu polisə verdi

Xalq artisti Əli Nur Əməkdar artist Fizuli Hüseynovu polisə şikayət edib.
BAKU.WS xəbər verir ki, bu haqda aktyor özü sosial şəbəkədə bildirib.
Aktyor F.Hüseynovun ona hücum etməsi xəbərlərini təsdiqləyib və onu polisə şikayət etdiyini deyib:
"Fizuli Hüseynov mənə qarşı aqressiv davranış sərgilədi və xoşagəlməz insidentin baş verməsinə səbəb oldu. Hadisə baş verən andan dərhal sonra məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına, prokurorluğa rəsmi şəkildə müraciət etdim. Hazırda Fizuli Hüseynovun törətdiyi cinayət işi ilə bağlı prokurorluqda istintaq gedir.
Teatrımızın nüfuzuna xələl gəlməməsi üçün hadisəni ictimaiyyətə açıqlamadım və mətbuatda inkar etməyə üstünlük verdim. Düşünürdüm ki, teatr rəhbərliyi məsələni obyektiv qiymətləndirəcək və müvafiq intizam tədbirləri görüləcək. Lakin o, sanki heç nə olmamış kimi fəaliyyətini davam etdirir.
Ailə üzvlərim haqlı olaraq narahatdırlar. Onlar teatr rəhbərliyindən Fizuli Hüseynovun cəzalandırılmasını və ədalətin bərpa olunmasını gözləyirlər. Əminəm ki, Fizuli Hüseynov törətdiyi əmələ görə qanun qarşısında layiqli cəzasını alacaq".
Xatırladaq ki, ötən ayın 8-də Akademik Milli Dram Teatrının ("Azdrama") səhnə arxasında əlbəyaxa dava baş verib. Bu haqda qaynarinfo-ya teatrın aktyorları məlumat veriblər. Onların bildirdiyinə görə, davaya səbəb kənar teatrların aktyor və rejissorlarının Akademik Milli Dram Teatrına dəvət edilməsinə etiraz olub.
Xalq artisti Əli Nur çıxışı zamanı başqa teatrdan dəvət olunan aktyor və rejissorlara etiraz edib. Aktyor deyib ki, "Azdrama"ya təsadüfi rejissorlar dəvət etmək olmaz və bununla bağlı fikrini təhlil edib. Mübahisə yaranıb və aktyorlardan bir neçəsi Əli Nurun üstünə hücuma keçərək ona yumruq atıblar.
Xalq artisti Əli Nur baş verən hadisə ilə prokurorluğa şikayət edib.
Oxşar xəbərlər
Zərdabda qanunsuz tikili sökülüb
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Zərdabda qanunsuz tikilini söküb. Bu barədə BAKU.WS-ə FHN-dən məlumat veri...
