Evdə müalicə olunan xəstələrin sayı açıqlanıb

Bakıda əhalinin sıx olması və yoluxanların sayının çox olması ilə əlaqədar təcili yardımın işini yüngülləşdirmək üçün poliklinikalar vasitəsi ilə ev şəraitində müalicəyə başlanıb”.
BAKU.WS-in məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov bildirib.
Səhiyyə Nazirliyinin aparat rəhbəri deyib ki, Bakıda 10202 nəfər ev şəraitində müalicə alır: “Onların içərisində simtomsuz, yüngül və testi neqativ nəticə verən insanlar da var. Bu qaydanın regionlarda tətbiqinə isə hələ ehtiyac yoxdur”.
Oxşar xəbərlər
Qadağa yoxdur: özəl klinikalar koronavirus xəstələrini müalicə edəcəkmi?
Azərbaycanda koronavirusa yoluxan xəstələrin sayı durmadan artır. İndi ölkədə 19 mindən çox insan bu virusa yoluxub, onlardan 241 nəfər dünyasını dəyişib. Hazır...