SİZİN REKLAM BURADA!
055 213 76 73


“Kubadan Azərbaycana həkim heyətinin gəlməsi nəzərdə tutulur.

BAKU.WS xəbər verir ki, bunu Operativ Qərargahın bu gün keçirilən brifinqində Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

O qeyd edib ki, Kuba dünya miqyasında zəngin tibbi təcrübəyə malikdir. Həmçinin epidemiya və pandemiyaya, xüsusən Ebolaya qarşı mübarizədə çox zəngin təcrübəsi var:

“Kuba ilə Azərbaycan arasında dostluq münasibətləri var və ölkələrimiz arasında imzalanmış müvafiq sənədə uyğun olaraq Kubanın mütəxəssisləri də Azərbaycana gələcəklər”.

BAKU.WS