Azərbaycanda tanınmış jurnalist koronavirusa tutuldu

07
iyl
2020
15:46
İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) bölgə müxbiri koronavirusa yoluxub.
BAKU.WS “Report”a istinadla xəbər verir ki, televiziyanın cənub bölgəsi üzrə müxbiri Rəhman Məlikovun koronavirusa yoluxma halının müəyyənləşdirilməsi ilə əlaqədar verdiyi testin nəticəsi pozitiv çıxıb.
O, ev şəraitində müşahidəyə götürülüb və müalicəsinə başlanılıb. Lakin bu gün səhhəti ağırlaşdığı üçün o, Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, daha əvvəl İTV-nin iki əməkdaşı koronavirusa yoluxub.
Oxşar xəbərlər
“Üç yaşlı qızım üçün darıxıram, mənə ehtiyacı var” - Koronavirusun episentrindən REPORTAJ
İlk dəfə dünya mediasında oxuduğumuz koronavirus bəlası daha sonra ölkəmizdə peyda oldu və hər kəsin qorxulu yuxusuna çevrildi. Aylardır ölkəmizdə bu virusa qar...
