Səhiyyə Nazirliyi: "Koronavirusa yoluxmuş xəstələrin dərman təchizatı təmin olunacaq"

“Ev şəraitində müalicə ancaq yüngül koronavirus xəstələri üçün nəzərdə tutulur”.
BAKU.WS xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
“Yoluxmuş şəxslərin apteklərə getməsi yolverilməzdir. Ümumiyyətlə, koronavirus xəstələrinin evdən çıxmasına icazə verilmir. Onlar evdə təcrid olunurlar”, - nazirlik rəsmisi bildirib. N. Zeynalov deyib ki, simptomsuz xəstələrin müalicəsi, yüngül əlamətləri olan xəstələrin isə əsasən vitaminlərlə təchiz olunması nəzərdə tutulur: “Bu dərmanların poliklinikalar vasitəsi ilə yoluxmuş şəxslərə çatdırılması nəzərdə tutulur. Koronavirusa yoluxmuş xəstələrin evdən çıxmaması lazımdır, dərman təchizatı təmin olunacaq”.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...
