Klinikalar koronavirus testi müayinələrini dayandırdı
Azərbaycanda klinikaların koronavirusun aşkarlanması məqsədilə test müayinələrinin aparılmasını dayandırdıqları bildirilir.
BAKU.WS “marja.az”a istinadən xəbər verir ki, dünəndən müayinələr dayandırılıb və bunun səbəbi açıqlanmır.
"Mən İnci laboratoriyasında, Referans klinikasında və Memorial Klinikdə, Baku Medical Plazada, Caspian İnternational Hospitalda və Bakı Sağlamlıq Mərkəzində olmuşam.
Hamısı test müayinələrinin aparılmasını dayandırdıqlarını bildirdilər", - vətəndaşlardan biri Marja-ya bildirib.
Qeyd edək ki, yaxma nümunəsi götürülməklə aparılan müayinənin qiyməti 130 manat, qan müayinəsinin qiyməti isə 40 manat idi.
Oxşar xəbərlər
Bakıda vətəndaşın koronavirus testi ilə bağlı RƏSMİ AÇIQLAMA
Referans Klinik Laboratoriya Mərkəzi vətəndaşın COVID-19 testinin cavabı ilə bağlı açıqlama yayıb. BAKU.WS xəbər verir ki, mərkəzdən "Report"a daxil olan açıqla...