Azərbaycanda sərt karantin rejimi başa çatır – RƏSMİ
15
iyn
2020
14:00
İyunun 14-ü saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərində, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında sərt karantin rejimi tətbiq edilib.
BAKU.WS xəbər verir ki, sabah səhər saat 06:00-da ikinci həftədir tətbiq edilən sərt karantin başa çatır.
Sabah səhər saat 06:00-dan sonra küçəyə çıxmaq sərbəstdir. Sərt karantin şəraitində bağlı olan obyektlər, marketlər isə fəaliyyətini bərpa edə bilər.
Sərt karantin rejiminin bu həftə də tətbiq ediləcəyi isə Operativ Qərargahın qərarından asılı olacaq.
Oxşar xəbərlər
Həftəsonu sərt karantin tətbiq ediləcək rayonlarda son vəziyyət - VİDEO
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə həftəsonu sərt karantin rejiminin tətbiq olunacağı rayonların sayı artırılıb. Bu dəfə Bakı, Sumqayıt, G...