TƏBİB sosial şəbəkələrdə yayılan iddiaya münasibət bildirdi - RƏSMİ AÇIQLAMA

TƏBİB sosial şəbəkələrdə yayılan iddiaya münasibət bildirdi - RƏSMİ AÇIQLAMA
Sosial 842

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda koronaviruslu xəstələrlə ünsiyyətdə təhlükəsizlik qaydalarına əməl olunmur.

BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkələrdə bildirilir.

Qeyd edilir ki, xəstəxananın həkimi Nailə Mahmudova COVİD-19 virusundan müalicə olunan xəstələrlə ünsiyyət zamanı qoruyuculardan istifadə etmir.

Məsələ ilə əlaqədar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ilə əlaqə saxladıq.

Qurumun mətbuat katibi Rəvanə Əliyeva BAKU.WS-ə açıqlamasında bildirib ki, deyilənlər həqiqətə uyğun deyil:

“Bu şəkil yeni deyil. Şəkildə gördüyünüz xanım koronavirus xəstəsi olmayıb. İlk diaqnozu neqativ çıxıb. Pnevmaniya diaqnozu ilə Ağ Ciyər İnstitutunda yatıb. Həkim də maska ilə onu yoxlamağa gəlib.

Xəstə aprel ayında həmin xəstəxanada müalicə olunub. Ondan sonra başqa xəstəxanaya köçürülüb. Həmin xəstəxanada yatarkən testi neqativ çıxıb”.

Son xəbərlər