Bakıda cütlük karantin rejimində özünə toy etdi - FOTO

Bakıda bir-birini sevən gənclər karantin qadağasına görə təxirə düşən toylarını gerçəkləşdirmək üçün çıxış yolu tapıblar.BAKU.WS axşam.az-a istinadən xəbər verir ki, Ramal və Selfinaz adlı cütlük evlərinin həyətində özlərinə toy ediblər. Məclisə yalnız səbəbkarların az sayda yaxınları qatılıblar.
Toydan fotoları sosial şəbəkədə keçmiş teleaparıcı Səma Camalqızı paylaşıb. O, şəkillərə "Karantində toy edənlər sırasına qoşulduq. Əsas sevgi və xoşbəxtlikdir”, şərhini yazıb.
Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargah martın 14-dən etibarən ölkə ərazisində bütün toy məclislərinin keçirilməsini qadağan edib.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...