Azərbaycanda SARS virusuna görə testlər aparılacaq

Azərbaycanda SARS virusuna görə testlər aparılacaq
Sosial 207

“İnsanlarda SARS virusuna qarşı immunitetin formalaşması üçün testlərin keçirilməsi may ayında mümkün deyil”.

BAKU.WS xəbər verir ki, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

R.Bayramlı əlavə edib ki, may ayı ərzində mümkün olmadığından iyun ayından başlayaraq ölkədə SARS virusuna görə testlərin aparılması nəzərdə tutulur.

Bu testlər az sayda iyun ayından başlayaraq keçiriləcək. Testlərin xəstəlikdən sağalmış şəxslər, eyni zamanda müxtəlif əhali qrupları arasında keçirilməsi və nəticələrə əsasən müqayisəli təhlillərin aparılması nəzərdə tutulur.

Testlərin sayı xəstə və onların təmasda olduğu şəxslərin sayına görə təyin edilir.

Son xəbərlər