Karantindən sonra kafe və restoranlar yeni qaydalar əsasında işləyəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “ictimai iaşə müəssisələrində koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlər" əsasında qaydalar hazırlayıb.
TƏBİB-in BAKU.WS-ə açıqlamasında bildirilir ki, bu qaydalara riayət etməklə, məsuliyyətli vətəndaş olaraq özümüzü və ətrafdakıları COVID-19 infeksiyasından qoruya bilərik:
- Yemək hazırlanarkən bişirilmə temperaturuna riayət edilməli, lazımi temperatur dərəcəsinə qədər bişirilməmiş yeməklərlə qidalanmadan qaçınılmalıdır.
- Müəssisə birdəfəlik istifadə üçün salfetlərlə təmin edilməlidir.
- Mətbəxdə, heyət otaqlarında sanitar qovşaqlarda və xidmət zallarında mütəmadi dezinfeksiya işləri aparılmalıdır.
- Qida qəbulu zallarında ara məsafəsi eyni masa arxasında 1 metrdən az, masalar arası məsafələr 2 metrdən az olmamalıdır.
Oxşar xəbərlər
Azərbaycanda koronavirus dönəmində imtahanların keçirilməsi qaydaları açıqlandı - RƏSMİ
TƏBİB imtahanlar zamanı koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişləri ictimaiyyətə açıqlayıb. Göstərişlərdə bildirilir ki, s...