Karantin qurğularını qıran “tikinti kralı”nın oğlu Milli Məclisdə işləyirmiş

Dünən Bakı-Ələt yolundakı karantin postunda polislərin qanuni əmrlərinə tabe olmayaraq yol qurğularını qırıb və maşınla ərazidən qaçan şəxslə bağlı maraqlı faktlar ortaya çıxıb.
BAKU.WS BakuPost-a istinadən xəbər verir ki, hadisəni törədən Rəmzi Şükürov Milli Məclis Aparat rəhbəri xidmətinin məsləhətçisi vəzifəsində çalışıb. Hadisə ictimailəşəndən sonra Aparat rəhbəri onun işdən çıxarılması ilə bağlı əmr imzalayıb.
Qeyd edək ki, polis tərəfindən saxlanılan R.Şükürov rəsmi xəbərlərdə iş adamı kimi təqdim olunurdu. Bildirilirdi ki, o “tikinti kralı” kimi tanınan Əvəz Şükürovun oğludur, özü də çoxmərtəbəli binaların tikintisi ilə məşğul olur.
Oxşar xəbərlər
İş adamı karantini pozdu, maşınla yol qurğularını qırıb keçdi
Bakı-Ələt yolundakı karantin postunda insident baş verib. BAKU.WS “report”a istinadən xəbər verir ki, Rəmzi Şükürov idarə etdiyi “Mercedes” markalı avtomobillə...
