Gündə yalnız bir dəfə evdən çıxmağa icazə verilir - RƏSMİ

Gündə yalnız bir dəfə evdən çıxmağa icazə verilir - RƏSMİ
Sosial 1430

Vətəndaşlar marketə və aptekə getmək üçün ayrı-ayrı icazə ala bilməz.

BAKU.WS “qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev İTV-də çıxışı zamanı deyib.

O, "səhər icazə alıb marketə getmişəm, amma 4-5 saat sonra təcili olaraq aptekdən dərman almalıyam. Bu zaman nə etməliyəm?" sualına cavab olaraq bildirib ki, vətəndaşlara gün ərzində yalnız bir dəfə evdən çıxmağa icazə verilir:

"Ona görə də vətəndaş həmin gün ona nə lazımdırsa, əvvəlcədən nəzərə almalıdır. Lakin əgər səhhətində problem yaranarsa, 1-ci bənd üzrə təxirəsalınmaz tədbirlər üçün icazə alıb evdən çıxa bilər".

Ramin Bayramlı əlavə edib ki, əgər vətəndaşın səhhətində problem yaranarsa, bunun üçün küçəyə çıxmağa ehtiyac yoxdur: "Siz 103-ə zəng edəcəksiniz, bizim həkimlərimiz sizin ünvana gələcəklər".

Son xəbərlər