SİZİN REKLAM BURADA!
055 213 76 73


Lənkəran rayonunun Parakənd kənd sakini Xamid Bəgəliyev Astara rayonunun Çayoba kəndində karantin rejimini pozaraq stasionar postu keçmək istəyərkən Astara Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan BAKU.WS-ə məlumat daxil olub. 

Saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərkən X.Bəgəliyev özünü şübhəli apardığı üçün Astara Rayon Polis Şöbəsinə gətirilərək üzərinə baxış keçirilib.

Bu zaman onun üzərindən 2 qrama yaxın narkotik vasitə olan tiryək aşkarlanaraq götürülüb.

Faktla bağlı Astara RPŞ-də araşdırma aparılır.

BAKU.WS