SİZİN REKLAM BURADA!
055 213 76 73


“Hazırda koronavirus infeksiyası ilə bağlı tendensiya arzuolunan deyil. Burada gizli bir şey yoxdur”.

BAKU.WS xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov “Real” TV-nin efirində deyib.

O bir daha xatırladıb ki, hazırda Azərbaycanda koronavirusa yoluxmanın dinamikası həndəsi silsilə ilə artır:

“Biz sağalmalarda isə bunu görmürük. Ona görə də nə qədər ki, bu tendensiya belə davam edəcək, bu, o deməkdir ki, biz mənfi istiqamətdə gedirik. O zaman ki, biz görəcəyik ki, yoluxma pik həddinə çatdı və artıq yoluxma arta-arta getmir, ən azı sabit qalıb”.

Nazirlər Kabinetinin sözçüsü bildirib ki, əgər hər kəs qaydalara riayət edərsə, azalma prosesi gedər: “Ümid edirik ki, aprelin 20-dək qoyulan karantin rejimi müddətdə bizdə də dönüş nöqtəsi başlayacaq. Dönüş nöqtəsi başlayandan sonra da artıq bu məhdudiyyətlər də tədricən yumşaldıla bilər”.

BAKU.WS