Supermarketlərdə koronavirusa görə yeni xidmət - ÇATDIRILMA QİYMƏTLƏRİ
Koronavirus təhlükəsi ilə əlaqədar Azərbaycanda bir ay müddətində evlərə ərzaqların çatdırılması xidmətlərinin işə salınması ilə bağlı göstəriş verilib.
BAKU.WS xəbər verir ki, bu məsələ Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi alış-veriş mərkəzlərinin fəaliyyəti qaydalarında öz əksini tapıb.
Məlum qərar insanların COVID-19 virusuna yoluxma ehtimalının qarşısını almaq, kütləvi şəkildə məkanlara toplaşmasına maneə yaratmaq məqsədi daşıyır.
Operativ Qərargahın göstərişinə uyğun olaraq supermarketlərin evlərə çatırılma xidmətini təşkil edib-etməməsini müəyyənləşdirmək qərarına gəldik.
BAKU.WS olaraq marketlərin "qaynar xət"lərinə zəng edərək çatırılma xidmətinin fəaliyyət göstərib-göstərməməsini araşdırarkən fərqli mənzərənin şahidi olduq.
Belə ki, Bakıda fəaliyyət göstərən supermarketlər şəbəkəsindən bəziləri bu xidməti çoxdan istifadəyə verdiklərini, bəziləri isə yaxın günlərdə bunu tətbiq etmək niyyətində olduqlarını bildirdilər.
Mövcud vəziyyətdə çatdırılma xidməti hələlik bu supermarketlərdə var:
“Rahat” supermarketlər şəbəkəsi - 30 manatdan çox sifariş zamanı çatdırılma havayı, 30 manata qədər sifariş zamanı isə əlavə 1 manat ödənilir.
Neptun Supermarket - 20 manatlıq sifariş zamanı çatdırılma havayı, 20 manata qədər sifariş zamanı isə əlavə 5-6 manat ödənilir.
Grand Market - 30 filialın hamısında ödənişsiz çatdırılma mümkündür.
Oxşar xəbərlər
Xüsusi rejim qərarından sonra mağazalarda vəziyyət necədir? - REPORTAJ - VİDEO
Martın 13-də Nazirlər Kabineti yanında operativ qərargahın qəbul etdiyi qərarla Azərbaycan ərazisində xüsusi rejimin tətbiqinə başlanılıb. Bu rejim Ümumdünya Sə...