SİZİN REKLAM BURADA!
055 213 76 73


Ölkədə koronavirus infeksiyası ilə əlaqədar ayrılmış xüsusi karantin mərkəzlərinin birindən yeni məlumatlar təqdim edilib.  

BAKU.WS REAL TV-yə istinadla xəbər verir ki, mərkəzdə 94 nəfər saxlanılır. Müşahidə altında olan şəxslərin karantin müddəti 14 gündür. 

Karantində olan şəxslər də danışaraq vəziyyətləri barədə məlumat veriblər.

İrandan Azərbaycana yükdaşıma ilə məşğul olan sürücülər bildiriblər ki, onlara mərkəzdə yüksək səviyyədə diqqət göstərilir.

Müşahidə altında olan şəxslər gündə 4 dəfə yeməklə təmin olunurlar. Həmin şəxslərin əksəriyyəti İrandan gələnlərdir. 

BAKU.WS
VİDEO