SİZİN REKLAM BURADA!
055 213 76 73


COVID -19 pandemiyası başa çatsa da, təhlükə davam edir. Cari ilin əvvəlində COVID -19-un "eris"növünə dünya üzrə yoluxanların sayı durmadan artır.

Hətta Amerika Birləşmiş Ştatlarında vətəndaşlara vaksin olunmaq tövsiyə olunub.

Rusiyada isə 49 məktəbdə karantin məhdudiyyəti tətbiq olunub, 6 məktəb isə ümumiyyətlə karantinə bağlanıb.

Mövzu ilə bağlı danışan infeksionist Vasif Əliyev "Xəzər Xəbər"ə bildirib ki, yoluxma sayı artsa da virusun bu növündə ölüm riski aşağıdır. Lakin virus sərhəd tanımadığından Ümumdünya Səhiyyə Təşkilatının məlumatını Azərbaycan üçün də təhlükəli hesab etmək olar.

İnfeksionist bildirib ki, xroniki xəstəliyi olan və yaşlı insanlarda bu virus ağır keçə bilər. Bu səbəbdən də gigiyena qaydalarına, ara məsafəsi saxlamağa, qapalı məkanlarda çox qalmamağa diqqət etmək lazımdır.

ÜST-nın məlumatına görə, son ay dünya üzrə yoluxanların sayı 38% artıb. Avropada artım 39%, Sakit okeanın qərbində 52%, Aralıq dənizin şərqində isə 113% təşkil edir. Latviyada artıq insalara bir həftə evdə qalmaq tövsiyə olunub. Xarici ölkələrdəki statistikaya nəzər salsaq, yeni COVID-19 dalğası Azərbaycan üçün də təhlükəli hesab oluna bilər.

BAKU.WS
VİDEO