SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 51 641 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 244, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 190, 3 və daha çox doza üzrə vaksinasiya olunanların sayı isə 43 231, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 2 976 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 12 679 011, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 277 215, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 770 489, 3 və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 443 823, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 187 484 nəfər təşkil edir.

BAKU.WS