Ölkədə bir gündə peyvənd olunanların sayı 30 minə çatdı

Ölkədə bir gündə peyvənd olunanların sayı 30 minə çatdı
Sosial 44

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, bir gündə 29 887 vaksin vurulub.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 678, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 158, buster doza üzrə vaksinasiya olunanların sayı isə 24 051 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 592 507, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 193 025, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 706 413, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 693 069 təşkil edir.

Oxşar xəbərlər

Ölkədə II doza peyvənd olunanların sayı 4 mln. 7 minə çatır

Ölkədə II doza peyvənd olunanların sayı 4 mln. 7 minə çatır

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən m...

82 Sosial 16:18 09 yanvar 2022

Son xəbərlər