Koronovirusun yeni mutasiyaya uğramış ştammı aşkarlanıb. "Omikron" ştammı daha çox təkrar yoluxmanı artırır. Üstəlik bu ştamm gənclər arasında çox yayılır. Bəs Azərbaycanda bu ştamma rast gəlinibmi?

BAKU.WS xəbər verir ki, koronavirusun bu ştammına daha çox gənclər arasında yayılır. Həkim-infeksionist Nəzrin Mustafayevanın sözlərinə görə, yeni mutasiyaya uğramış "Omikron" ştammı Cənubi Afrikada peyda olub və bu ştam yüksək yoluxma sürəti ilə fərqlənir.

Nəzrin Mustafayeva həmçinin bildirib ki, vətəndaşın yeni ştama yoluxub-yoluxmadığını öyrənmək üçün PCR testlərdən istifadə olunacaq. Bu ştammın və bundan əvvəlkilərin müalicəsi üçün isə xüsusi bir metod yoxdur. Həkim-infeksionist onu da əlavə edib ki, bu ştammın əsas xüsusiyyətlərindən biri də təkrar yoluxmadakı aktivliyidir.

Qeyd edək ki, hələlik yeni ştamma ölkəmizdə rast gəlinmir və ştamın daha çox yayıldığı ölkələrlə ölkəmiz arasında birbaşa ucuşlar olmadığından bu ştammın Azərbaycanda yayılması ehtimalı da azdır. Ola biləcək hər hansı bir təhlükə ilə bağlı isə ölkəmizdə əksepidemik tədbirlər görülür.

BAKU.WS
VİDEO