Gəncədə koronavirus xəstəsi tutuldu

27
noy
2021
11:27
Gəncədə qaydaları pozaraq küçəyə çıxan koronavirus xəstəsi tutulub.
Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, R.Abbasov adlı Yeni Gəncə qəsəbəsinin sakini COVID-19 virusuna yoluxduğu üçün ev şəraitində müalicə almasına baxmayaraq, noyabrın 22-də yaşayış yerini tərk edib.
Onun barəsində Gəncə Şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.
Oxşar xəbərlər
Yaşayış yerini tərk edən aktiv COVİD-19 daşıyıcıları barədə cinayət işi başlanıb - VİDEO
Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində ev şəraitində müalicə alan koronavirus xəstəsi Saray qəsəbəsində yaşayan E...