Polis "Gənclik"də aktiv koronavirus xəstəsini saxlanıldı - FOTO

14
okt
2021
18:46
Bakı metrosunun "Gənclik" stansiyasında aktiv koronavirus xəstəsi saxlanılıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.
Onun sözlərinə görə, 1981-ci il təvəllüdlü Bəxtiyar Muxtarov aidiyyəti üzrə təhvil verilib: "Bakı Metropolitenində Polis Şöbəsi əməkdaşları tərəfindən aktiv koronavirus xəstəsi müalicə təyin olunan ünvana yerləşdirilməsi təmin olunub. B.Muxtarov barəsində cinayət qanunvericiliyinə uyğun olaraq, prosessual tədbirlər davam davam etdirilir".
Qalereya
Oxşar xəbərlər
Koronavirus xəstəsi hansısa halda yaşadığı ünvanı tərk edə bilərmi? - AÇIQLAMA
İstisna hallarda koronavirus xəstəsi yaşadığı ünvanı tərk edə bilər. BAKU.WS xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin...