İndiyədək Azərbaycanda neçə yeniyetmə vaksinasiya olunub? - RƏSMİ

14
okt
2021
14:09
Azərbaycanda peyvənd olunan yeniyetmələrin sayı açıqlanıb.
Səhiyyə Nazirliyindən BAKU.WS-ə bildirilib ki, indiyədək 357 yeniyetmə vaksinasiyada iştirak edib.
"Onlar arasında hər hansı ağırlaşma yaxud fəsad qeydə alınmayıb. Qeyd edək ki, yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılır.
Bildiririk ki, yeniyetmələr yalnız tibbi göstəriş olduğu halda və hər iki valideynin razılığı ilə peyvənd oluna bilərlər", - nazirlikdən qeyd olunub.
Oxşar xəbərlər
Azərbaycanda yeniyetmələrin vaksinasiyasına başlanıldı
Azərbaycanda istisna hallarda (xroniki xəstəlikdən əziyyət çəkənlər və xaricdə təhsil alanlar) 16-18 yaşlı yeniyetmələrə COVID-19 əleyhinə mRNT Pfizer (“Comirna...