Poliklinikaya giriş üçün COVID-19 pasportu tələb edilir? - FOTO
08
sen
2021
14:40
Bakıda 3 saylı uşaq poliklinikasının qapısına COVID-19 pasportu olmadan girişin qadağan olunması ilə əlaqədar elan vurulub.
BAKU.WS xəbər verir ki, poliklinikanın giriş qapısında vurulan elanda içəriyə yalnız COVID-19 pasportu olan şəxslərin daxil ola biləcəyi qeyd olunub.
Məsələyə aydınlıq gətirmək üçün Səhiyyə Nazirliyilə əlaqə saxladıq.
Nazirlikdən BAKU.WS-ə bildirildi ki, artıq bu barədə sözügedən poliklinikanın rəhbərliyinə xəbərdarlıq edilib. Qapıdan asılan bildiriş götürülüb.
Qalereya
Oxşar xəbərlər
Ölkə 1 sentyabr qadağasına hazırlaşır - FOTO
Vaksin olunmaq üçün uzun növbələr yaranıb, “Mall”lar peyvənd pasportunu yoxlamağı mühafizəçilərə tapşırıb, kafe-restoranlar isə indidən “qan ağlayır” ki, qərar...