Elşad Hacıyev: “Mülki geyimdə polislər də qəfil yoxlamalar keçirəcək”

“Monitorinq qrupları yaradılacaq. Bu qruplarda xidmətə cəlb olunan polis əməkdaşları həm xidməti geyimdə olacaqlar, həm də mülki.
BAKU.WS xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də keçirilən brifinqində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, eyni zamanda günün ayrı-ayrı saatlarında mülki geyimdə həmin monitorinq qruplarının tərkibində qəfil yoxlamalar aparacaqlar: "Monitorinqlər həm ticarət, həm də təhsil müəssisələrində aparılacaq".
Oxşar xəbərlər
Rayonlara gediş-gəliş açılırmı?
Azərbaycanda koronavirus pandemiyası səbəbindən Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən mart ayından etibarən rayonlara giriş-çıxışa məhdudiyyət...
