SİZİN REKLAM BURADA!
055 213 76 73


Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə gömrük orqanlarında hansısa “mənbə”lərə istinadən iyun ayının 15-dən etibarən quru sərhədlərinin açılacağına dair məlumatlar yayımlanıb.

Dövlət Gömrük Komitəsindən BAKU.WS-ə bildirilib ki, sərhədlərin açılmasına dair qərar Azərbaycan Resbublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilir, hazırda belə bir qərar olmadığından bu kimi məlumatlar kimlərinsə təxəyyülünün məhsuludur:

"Xatırladaq ki, gömrük orqanlarının sərhədlərin açılması ilə bağlı qərar vermək kimi bir səlahiyyəti yoxdur. Media qurumlarına gömrük orqanlarının fəaliyyəti ilə bağlı informasiyalar yayımlayarkən rəsmi məlumatlara istinad etmək tövsiyə olunur".

*** 11:56

Azərbaycan iyunun 15-dən quru sərhədlərini aça bilər.

BAKU.WS xəbər verir ki, bu barədə "Report"a Dövlət Gömrük Komitəsindəki (DGK) mənbədən məlumat daxil olub.

Onun sözlərinə görə, artıq Komitə gömrük-keçid məntəqələrinin açılması ilə bağlı qonşu ölkələrin müvafiq qurumları ilə ilkin razılıq əldə edib.

Bununla əlaqədar rəhbərlik Ərazi Baş Gömrük İdarələrinə tapşırıqlar verib və gələn həftə məntəqələrinin açılması üçün hazırlıqlara başlanılıb.

"Hazırda sərnişinlərin və yüklərin yoxlanma qaydaları müəyyən olunur. Avtobusa gömrük-buraxılış məntəqəsinə daxil olan sərnişinlərin nəqliyyat vasitəsindən düşüb yoxlanışdan keçməsi qadağan ediləcək. Onlar elə avtonəqliyyat vasitəsində də yoxlanacaq. Amma piyada, fərdi qaydada keçid edən sərnişinlər isə xüsusi nəzarət altında yoxlamadan keçərək məntəqəni tərk edəcək. Hazırda Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarını gözləyirik və əgər hər hansı dəyişiklik olmasa, sərhədlər iyunun 15-də açılacaq", - deyə mənbə qeyd edib.

BAKU.WS