SİZİN REKLAM BURADA!
055 213 76 73


Nazirlər Kabineti yanında Operativ Qərargah bu gün keçirilən brifinqdə xüsusi karantin rejiminin yumşaldılması ilə bağlı bir sıra qərarlarını açıqladı.

BAKU.WS xəbər verir ki, aşağıdakı yumşaldılma tədbirlərinin görülməsinə qərar verilib:

- 31 maydan etibarən açıq havada maskasız gəzməyə icazə verilir;

- 31 maydan metro açılır, lakin metrostansiya və qatarlarda tibbi maskadan istifadə zəruridir;

- 31 maydan bölgələrarası ictimai nəqliyyatın fəaliyyəti bərpa edilir;

- 10 iyundan məscidlər açılır;

- 10 iyundan iri ticarət mərkəzləri açılır;

- 10 iyundan çimərliklər açılır, ötənilki qaydalarla tənzimlənəcək;

- 10 iyundan idman zallarının fəaliyyəti bərpa edilir, lakin COVID pasportu olan, yəni vaksinasiyadan keçmiş şəxslər üçün.

- Azərbaycanda COVID pasportu tətbiq olunacaq.

İki doza vurulanlara vaksin sertifikatı veriləcək. İkinci sertifikat isə immunitet sertifikatıdır. Bu, xəstələnib sağalanlara veriləcək. Bu iki sertifikatın hər ikisi COVID pasportu adlanacaq. Bunların hər hansı birinə malik olanlar idman-sağlamlıq obyektlərinin xidmətindən istifadə edə biləcəklər. Gələcəkdə bu yanaşmanın toylara tətbiqi nəzərdə tutulur. Konsert, teatr və şənlik xidmətlərindən istifadə etmək istəyənlərə də COVID pasportu tətbiq olunacaq.

BAKU.WS