SİZİN REKLAM BURADA!
055 213 76 73


"Azərbaycanda iyunun 10-dan İdman və sağlamlıq bərpa müəssisələrinin fəaliyyətinə icazə veriləcək".

BAKU.WS xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

"COVID pasportu olmayan şəxs, yəni vaksinasiyadan keçməmiş və xəstələnib sağalmamış şəxs hələlik idman zallarından istifadə edə bilməyəcək. COVID pasportunun tətbiqi idman zallarında tətbiq olunacaq. Amma gələcəkdə bu pasportu olan şəxslərin digər xidmətlərə də çıxışına icazə veriləcək", - deyə Şahmar Mövsümov əlavə edib.

BAKU.WS