SİZİN REKLAM BURADA!
055 213 76 73


"Bu gün biz kəskin karantin rejiminə getmədən sosial həyatda bəzi aktivlikləri saxlayaraq deyə bilərik ki, yoluxmaların sayında mərhələli şəkildə enmə müşahidə olunur. Bu gün bizdə yoluxma əmsalı 10 faizə yaxınlaşır. Bu da çox yaxşı nəticədir".

BAKU.WS xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

"Bugünkü gündə epidemioloji vəziyyət Azərbaycan Respublikasında nəzarət altında saxlanılır və müsbət dinamikamız mövcuddur", - deyə TƏBİB-in şöbə müdiri əlavə edib.

Orxan Hüseyn
BAKU.WS