SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda ən çox yoluxma yenə də paytaxtın payına düşür.

BAKU.WS xəbər verir ki, bu barədə TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, ən çox yoluxma Bakı və Abşeronun payına düşür.

“Bakıda ümumilikdə 54 faiz yeni yoluxmalar qeydə alınıb. Rayonlarda diqqət cəlb edən yoluxma yoxdur. Binəqədi və Xətai rayonlarında yeni yoluxmalar yüksəkdir”, - deyə Yaqut Qarayeva bildirib.

BAKU.WS