SİZİN REKLAM BURADA!
055 213 76 73


Ölkə üzrə COVID-19-a yoluxma statistikası açıqlanıb.

BAKU.WS "koronavirus.az" saytına istinadən xəbər verir ki, ən yüksək yoluxma Bakı şəhərinin payına düşür. Beləliklə də, Azərbaycanda virusa yoluxanların 52.1 faizi paytaxtın payına düşür.

Paytaxtda ən çox yoluxma halları isə Binəqədi rayonundadır (15%). Bundan başqa, Xətai rayonunda 13,1 faiz, Yasamal rayonunda isə 12,2 faiz yoluxma qeydə alınıb.

Digər rayonlarda isə vəziyyət belədir:

Sabunçuda 10,7 faiz, Nəsimidə 7,9 faiz, Suraxanıda və Nərimanovda 8,2 faiz, Nizamidə 7 faiz, Xəzərdə 6,8 faiz, Qaradağda 5,4 faiz, Səbaildə və Pirallahıda isə 0,5 faiz yoluxma halı qeydə alınıb.

Bundan başqa, Aranda 13.4 faiz, Abşeronda 12.9 faiz, Gəncə-Qazaxda 8.2 faiz, Şəki-Zaqatalada 3.1 faiz, Quba-Xaçmazda 3.0 faiz, Lənkəranda 2.9 faiz, Dağlıq Şirvanda 2.5 faiz, Yuxarı Qarabağda 1.4 faizdir.

Naxçıvanda yoluxma 0.04 faiz, ölkə xarici yoluxma isə 0.4 faiz təşkil edir.

BAKU.WS
QALEREYA