SİZİN REKLAM BURADA!
055 213 76 73


Zərdab rayonunda iki məktəb distant təhsilə keçib.

BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, Zərdab şəhər 3 saylı və Qaravəlli kənd orta məktəbləri şagird və müəllimlər arasında aşkarlanan koronavirusa yoluxma faktları səbəbindən distant təhsilə keçiblər.

Faktı Zərdab Rayon Təhsil Şöbəsindən təsdiq ediblər.

Bildirilib ki, hər iki məktəb koronavirusa yoluxma faktı səbəbindən qeyri-müəyyən müddətə distant təhsilə bağlanıb.

Qeyd edək ki, daha əvvəl də Zərdabda iki məktəb koronavirusa yoluxma səbəbindən distant təhsilə keçmişdi. Onlardan rayonun Məlikmudlu kənd tam orta məktəbində artıq əyani təhsil bərpa edilib. Çallı kənd tam orta məktəbində isə həftənin birinci günündən etibarən tədris prosesi əyani şəkildə davam etdiriləcək.

BAKU.WS