Ölkə ərazisində “Sputnik V” peyvəndinin istifadəsi təsdiqləndi

Ölkə ərazisində “Sputnik V” peyvəndinin istifadəsi təsdiqləndi
Sosial 157

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Rusiya Federasiyasının istehsalı olan “Sputnik V” peyvəndini istifadə üçün təsdiq etmişdir.

Səhiyyə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, bu peyvənd artıq 50-dən çox ölkədə qeydiyyata alınmışdır və COVID-19 koronavirus infeksiyasına qarşı müvəffəqiyyətlə istifadə olunmaqla yüksək effektivlik göstərir.

Rusiyada 6 milyondan çox insan “Sputnik V” vaksini ilə peyvənd olunub.

Yaxın zamanda bu peyvəndin ölkəyə gətirilməsi barədə danışıqlar davam etdirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər