SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 155 yeni yoluxma faktı qeydə alınıb, 169 nəfər müalicə olunaraq sağalıb.

BAKU.WS Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 231 995 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 226 514 nəfər müalicə olunaraq sağalıb, 3 178 nəfər vəfat edib, aktiv xəstə sayı 2303 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9715, ötən müddət ərzində isə ümumilikdə 2 495 198 test aparılıb.

BAKU.WS